Xəbərlər

Tokayev Mərkəzi Asiya ölkələrinə çağrış edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi təklifini irəli sürüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tokayev özü çıxışında söyləyib.

“Hazırda region ölkələrinin birgə səyləri və güclü iqtisadi potensialı sayəsində Mərkəzi Asiya ticarət, investisiya, elm və innovasiya sahəsində böyük imkanlar məkanına çevrilir”, – Qazaxıstanın lideri bildirib.

Qeyd edilib ki, region ölkələrinin iqtisadiyyatlarının bir-birini tamamlaması onların xarici təzyiqlərə qarşı müqavimətini təmin etməyə, ticarət və istehsalı şaxələndirməyə imkan verib.