Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Astanada region dövlətlərinin liderlərinin görüşü ərəfəsində toplantı keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Mərkəzi Asiya ölkələrinin xarici işlər orqanlarının rəhbərləri xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə gəliblər”, – məlumatda qeyd edilib.