Mərkəzi Asiya dövlət başçılarının Astanada keçirilən altıncı məşvərət görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2027-ci ilə qədər regional əməkdaşlığın inkişafına dair yol xəritəsinin təsdiqlənəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tokayev çıxışında söyləyib.
“Qarşılıqlı fəaliyyət mexanizmlərimizin təkmilləşdirilməsi kontekstində əlamətdar hadisə bu gün 2027-ci ilə qədər regional əməkdaşlığın inkişafına dair yol xəritəsinin təsdiq edilməsi olacaq. Sənəd hökumətlərarası koordinasiyanın təkmilləşdirilməsinə və irəli sürülmüş təşəbbüslərin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə yönəlib”, – Tokayev qeyd edib.