Xəbərlər

Rusiya İranla əlaqə saxlayır

“Moskva Yaxın Şərq regionunda eskalasiyanın qarşısını almaq üçün Tehran və digər tərəflərlə əlaqə saxladığını bildirib”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəhbərinin müavini Mixail Boqdanov deyib.

Diplomat vurğulayıb ki, Rusiya Yaxın Şərqdə deeskalasiyanın tərəfdarıdır və regiondakı bütün tərəfləri təmkinli olmağa çağırır.