Xəbərlər

Putin Təhlükəsizlik Şurası ilə terrorla mübarizəni müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə Rusiyada terrorla mübarizə ilə bağlı məsələləri müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, iclasda hökumət üzvləri, o cümlədən Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, müdafiə naziri Andrey Belousov, Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Sergey Narışkin iştirak edib.