Xəbərlər

Türkiyə və Suriya Müdafiə Nazirliyinin rəhbərləri görüş keçirə bilər

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində suriyalı həmkarı Əli Mahmud Abbasla görüşün mümkün olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaşar Gülər “Reuters” agentliyinə açıqlama verib.

“Türkiyə və Suriya, uyğun şərait yaradılarsa aralarındakı münasibətləri normallaşdırmaq səyləri çərçivəsində nazirlər səviyyəsində görüş keçirə bilər”, – Gülər bildirib.

Qeyd edək ki, Türkiyə və Suriya Müdafiə nazirliklərinin rəhbərləri arasında 2011-ci ildən bəri ilk danışıqlar 2022-ci ilin dekabrında Rusiyanın vasitəçiliyi ilə Moskvada baş tutub.