Xəbərlər

Mahmud Abbas avqustun 14-də Türkiyəyə səfər edəcək

Fələstin Prezidenti Mahmud Abbas avqustun 14-də Türkiyəyə gələcək, avqustun 14-15-də müxtəlif təmaslar aparacaq. O, Beştəpədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Mahmud Abbas həmçinin Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında da çıxış edəcək.

“Füyuzat”ın məlumatına görə, Ərdoğan-Abbas görüşündə İsrailin hücumları, Qəzzada humanitar böhran və atəşkəs məsələləri gündəmdə olacaq.

Regionda artan gərginlik, xüsusilə İran-İsrail gərginliyi də müzakirə olunacaq.

Mahmud Abbas avqustun 15-də Türkiyə Böyük Millət Məclisində çıxış edəcək. Sessiyaya parlamentin sədri Numan Kurtulmuş sədrlik edəcək.