Xəbərlər

Putin və Abbas arasında danışıqlar başlayıb

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında Fələstin Prezidenti Mahmud Abbasla danışıqlara başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparacaqlar.