Xəbərlər

Reuters: İran Qəzza danışıqlarına nümayəndə göndərə bilər

Qəzza zolağında gərginliyin başlanmasından bəri ilk dəfə İran Fələstin anklavında atəşkəslə bağlı danışıqlar aparmaq üçün öz nümayəndəsini göndərməyi düşünür.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

“İslam respublikasının nümayəndəsi heyətlərin görüşlərində iştirak etməyəcək, lakin atəşkəs danışıqları zamanı ABŞ-la diplomatik əlaqələri saxlamaq üçün pərdəarxası müzakirələrdə iştirak edə bilər”, – məlumatda bildirilib.

Agentlik İran nümayəndəsinin müzakirələrdə iştirak edəcəyi təqdirdə hansı rolu oynaya biləcəyini açıqlamayıb.