Xəbərlər

KİV: Hindistan ABŞ-la danışıqları sürətləndirib

Hindistan hökuməti 31 ədəd yüksək hündürlükdə uçan “MQ-9B” pilotsuz uçuş aparatının (PUA) alınması ilə bağlı ABŞ administrasiyası ilə danışıqları sürətləndirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Hindistan tərəfi Pakistana Çinin “Cai Hong 4 (CH-4)” PUA-larının tədarükünün artması, eləcə də Şərqi Ladaxda sərhəddə Çinlə davam edən hərbi gərginlik səbəbindən danışıqların tez yekunlaşmasını istəyib.