Xəbərlər

ABŞ: İsrail-Livan münaqişəsi diplomatik yolla həll oluna bilər

“İsrail və Livan arasında münaqişə diplomatik yollarla həll edilə bilər və bu, yaxın gələcəkdə mütləq edilməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Ştatların energetikada beynəlxalq münasibətlər məsələləri üzrə xüsusi elçisi Amos Hokstin deyib.

“Livan və İsrail arasında gərginlik uzanır, lakin diplomatik həllin tapılması hələ də mümkündür və bu təcili edilməlidir”, – məlumatda qeyd edilib.