Rusiyanın “Progress MS-28” yük kapsulu Qazaxıstanın Baykonut kosmodromundan kosmosa buraxılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) məlumat yayıb.
Verilən məlumata görə, elmi təcrübələr üçün yanacaq, içməli su, qida, azot və müxtəlif avadanlıqlardan ibarət 2,6 tonluq faydalı yük daşıyan kosmik gəminin avqustun 17-də Beynəlxalq Kosmik Stansiyaya çatması gözlənilir.