Xəbərlər

Politico: Fransanın keçmiş Baş naziri Makronun əsas rəqibinə çevrilib

“Bir vaxtlar Prezident Emmanuel Makronun güclü tərəfdarı olan Fransanın keçmiş Baş naziri Qabriel Attal indi onun amansız rəqibinə və dövlət başçısının siyasi karyerasında ən böyük təhlükəyə çevrilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.

“Qabriel Attal, Avropa və parlament seçkilərində məğlub olmasına baxmayaraq, fransızlar arasında həmişəki kimi məşhurdur. Makron tərəfindən erkən seçkilərin təyin edilməsinə baxmayaraq, bu, Attalın insanlar arasında hörmətinə və sevilməsinə mənfi təsir göstərmədi”,- məlumatda qeyd edilib.