Xəbərlər

İrəvan Minsk qrupunun fəaliyyətinə Bakı ilə sülh müqaviləsi kontekstində baxacaq

Ermənistan Azərbaycanla sülh sazişinin bağlanması çərçivəsində beynəlxalq danışıqlar formatının, ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsi məsələsinə baxmağa hazır olduğunu bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Ermənistan tərəfi Minsk qrupu formatının davam etdirilməsi məsələsini münasibətlərin hərtərəfli nizamlanması və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində nəzərdən keçirə bilər”, – məlumatda qeyd olunub.