Xəbərlər

Belqorod vilayətində federal fövqəladə vəziyyət rejimi tətbiq edilib

Belqorod vilayətində federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bildirib.

“Mən Belqorod vilayətində yaranmış fövqəladə vəziyyəti federal fövqəladə hal kimi təsnif etməyi və federal cavab səviyyəsinin yaradılmasını təklif edirəm”, – Kurenkov söyləyib.

Avqustun 15-də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının növbədənkənar iclası keçirilib, burada rayondakı vəziyyət müzakirə olunub. Kurenkov qeyd edib ki, regionda vəziyyət ağır və gərgin olaraq qalır: “Ukrayna silahlı qüvvələrinin Belqorod vilayətində törətdiyi “terror aktları” nəticəsində yaşayış binalarına və infrastruktura ziyan dəyib, ölən və yaralananlar var”.

“Bölgədə zərərçəkmiş əhaliyə hərtərəfli yardımın göstərilməsi üçün iş təşkil olunub, lakin baş verənlərin miqyası regiona mövcud fövqəladə vəziyyətin nəticələrini müstəqil şəkildə aradan qaldırmağa imkan vermir”, – o qeyd edib.