Xəbərlər

İsrail Dohada danışıqlara başlayacaq

“İsrail nümayəndə heyəti yaxın saatlarda Qəzzada vəziyyətin həlli ilə bağlı Dohada danışıqlara başlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman söyləyib.

“İsrail nümayəndə heyəti günortadan sonra Dohada danışıqlara başlayacaq. O, geniş səlahiyyətlərə və razılığa gəlmək üçün Baş nazirdən mandata malikdir”, – Gendelman bildirib.

Həmçinin qeyd edilib ki, bu gün axşam Dohada danışıqların gedişinə nəzarət etmək üçün hərbi-siyasi kabinet çağırılacaq.