“İsrailin Qəzzaya hücumları nəticəsində 40 min fələstinlinin həyatını itirməsi dünyanın utanmalı olduğu bir dönüş nöqtəsidir”.
“Füyuzat”ın məlumatına görə, bunu İrlandiyanın Baş naziri Simon Harris söyləyib.
“Qəzzada 40 min insanın ölümü dünyanın utanmalı olduğu bir dönüş nöqtəsidir. Beynəlxalq diplomatiya bəzilərinin cəmi bir neçə günlük olan günahsız uşaqlarını belə qoruya bilmədi”, – o bildirib.
İsrailin Qəzzanı bombardmanı dayandırmalı, HƏMAS-ın isə məhbusları azad etməli olduğunu vurğulayan Harris, Avropa İttifaqının da İsraillə tərəfdaşlıq müqaviləsini nəzərdən keçirməsi lazım olduğunu qeyd edib.