Xəbərlər

Qırğızıstan Tacikistanla sərhəd məsələsini müzakirə edib

Qırğızıstan və Tacikistandan olan topoqrafik qrupların nümayəndələri mübahisəli ərazilərdə sərhəd xəttinin çəkilməsini müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin üçdə ikisindən çoxu müəyyən edilib və dövlətlər tərəfindən qarşılıqlı tanınıb.

Ancaq həll olunmamış sərhəd bölgəsi məsələsi iki respublikanın yerli sakinləri və hərbi qulluqçuları arasında dəfələrlə münaqişələrə səbəb olub.