“Azərbaycanda Rusiyanın Baş konsulluğu fəaliyyətə başlaya bilər, məsələ müzakirə olunur”.
“Füyuzat”ın məlumatına görə, bunu Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.
“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib. Bizim Rusiyada iki baş konsulluğumuz var – Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, Azərbaycan üçün təbiidir. Özü də konsulluqların fəaliyyət sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur”, – deyə Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.
TASS əlavə edib ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bəyan edib ki, tezliklə Rusiyanın Xankəndidə baş konsulluğunun açılmasına hazırlıq başlaya bilər.