Xəbərlər

İsrail Qəzzada 45 obyektə hücum edib

İsrail Hərbi Hava Qüvvələri bir gün ərzində Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının 45 hərbi obyektinə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 45 terrorçu hədəfinə hücum edib”, – bəyanatda bildirilib.