Xəbərlər

İraq İŞİD-i vurdu

İraq təhlükəsizlik qüvvələri Diyalə və Səlahəddin vilayətlərində, həmçinin Tərmiyə bölgəsində həyata keçirdikləri əməliyyatlar nəticəsində İŞİD-ə aid çox sayda sığınacağı məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İraq mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 7 iyun 2014-cü ildə İraqa hücum edən və qısa müddət ərzində ölkə ərazisinin təxminən 45 faizini ələ keçirməyi bacaran İŞİD 2017-ci ilin noyabrında məğlub olub. Lakin o vaxtdan bəri terror təşkilatının qalıqları İraq və Suriyada mövcudluqlarını davam etdirərək, zaman-zaman terror aktları törədirlər.

İraq təhlükəsizlik qüvvələri vaxtaşırı İŞİD və onun tərəfdarlarına qarşı əməliyyatlar həyata keçirir.