Xəbərlər

Özbəkistan və Əfqanıstan arasında 35 müqavilə imzalanıb

Özbəkistanın Baş naziri Abdulla Aripovun Kabilə səfəri zamanı Özbəkistan və Əfqanıstan arasında təqribən 2,5 milyard dollar dəyərində 35 iqtisadi və investisiya əməkdaşlığına dair saziş imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Taliban administrasiyası məlumat yayıb.

Açıqlamaya əsasən, razılaşmaların 1,4 milyard dolları investisiya müqavilələrindən, 1,1 milyard dolları isə ticarət müqavilələrindən ibarət olub.

Qeyd edilib ki, razılaşmalar enerji, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı və təhsil kimi geniş sahələri əhatə edir.