Xəbərlər

Hindistanın Baş nazirinin Ukraynaya səfərinin tarixi açıqlanıb

Hindistanın Baş naziri Narendra Modi avqustun 23-də Kiyevə rəsmi səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Tanmalya Lal məlumat verib.

“Narendra Modi Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 23-də Ukraynaya rəsmi səfər edəcək”, – Tanmalya bildirib.

Qeyd edək ki, Kiyevə səfərindən əvvəl Modi avqustun 21-22-də Polşaya səfər edəcək.