Xəbərlər

Blinken: Netanyahu yeni atəşkəs təklifini qəbul etdi

ABŞ dövlət katibi Entoni Blinken Netanyahunun Qəzzada atəşkəs və girov mübadiləsi üçün yeni razılaşma təklifini qəbul etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Blinken keçən həftə Qətərin paytaxtı Dohada Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı yeni razılaşma təklifini təqdim etdiklərini, İsrailin Baş naziri Benyamin Netanyahunun bunu qəbul etdiyini bildirib, lakin o yeni razılaşmadakı maddələri izah etməkdən çəkinib.