Çin iqlim dəyişikliyi ilə mübarizə və digər sahələrdə Sakit Okean regionunun ada dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin deyib.
“Çin Fici Respublikasına və digər Sakit Okean ada ölkələrinə iqlim dəyişikliyi ilə mübarizədə yardım göstərməyə, Sakit Okeanın inkişafı, sülh, dostluq və əməkdaşlıq okeanına çevrilməsi üçün əməkdaşlığı gücləndirməyə hazırdır”, – məlumatda bildirilib.
Qeyd edək ki, Fici Respublikasının Baş naziri Sitiveni Rabuka Çində səfərdədir.