Fransa tərəfi “m-pox” virusunun aşkar edildiyi Afrika ölkələrinə 100 min doza peyvənd verməyi öhdəsinə götürdüyünü bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Fransanın Baş naziri Qabriel Attal deyib.
“Fransada virusa qarşı 232 peyvənd mərkəzi açılıb və xəstəlikdən ən çox təsirlənən ölkələrə 100 min doza peyvənd veriləcək”, – Baş nazir vurğulayıb.
Qeyd edilib ki, Fransada virus hələ aşkar edilməyib.