Xəbərlər

Çin Dövlət Şurasının Baş naziri Belarusa rəsmi səfərə gəlib

Çin Dövlət Şurasının Baş naziri Li Qianq Belarusa rəsmi səfərə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.

Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının sədrini Minsk Hava Limanında Belarusun Baş naziri Roman Qolovçenko qarşılayıb.

Qeyd edilib ki, Li Qianq burada Belarus rəhbərliyi ilə iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinə dair danışıqlar aparacaq.