Çin vətəndaşlarını şəxsi təhlükəsizliklərini qorumaları üçün Ukraynaya səfərdən çəkinməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Kiyevdəki səfirliyi məlumat yayıb.
“Son vaxtlar Ukraynada siren səsləri tez-tez eşidilməyə başlayıb, bu hava hücumu və digər təhlükəli hadisələrin baş vermə riskini artırır. Biz vətəndaşlarımızdan hələlik Ukraynaya səyahətdən çəkinmələrini, bu ərazidə könüllü olaraq qalanlardan isə təhlükəsizlik tədbirlərini daha da artırmalarını və ilk həyəcan siqnalında hava hücumundan müdafiə sığınacaqlarına daxil olmalarını xahiş edirik”, – səfirlik bildirib.