Xəbərlər

FT: Dünya müharibəsindən sonra Litvada ilk Alman hərbi bazasının tikintisi başlayıb

Almaniya İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Litvada xaricdə yerləşən ilk hərbi bazanın tikintisinə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Məlumata görə, yeni kazarmaların tikintisi üzrə iş bu həftə Litvada, Belarusla sərhəddən uzaqda başlayıb.

Qeyd olunub ki, 2027-ci ilə qədər hərbi bazaya Bundesverin 4 minə yaxın hərbçisinin yerləşdirilməsi planlaşdırılır.