Hindistanın Baş naziri Narendra Modi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aparılan danışıqların əksəriyyəti Ukraynadakı münaqişəyə həsr olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar brifinqdə bildirib.
“Baş nazir Moskvada Rusiya Prezidenti Vladimir Putinlə son danışıqlarından da danışıb. Yadınızdadırsa, Baş nazir iyulda Rusiyada idi”, – Caişankar qeyd edib.