Xəbərlər

Zelenski Ukraynadakı enerji vəziyyəti ilə bağlı görüş keçirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandan qərargahında enerji məsələlərinə həsr olunacaq iclas keçirəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Znak” nəşri məlumat yayıb.

Qeyd edək ki, səhər saatlarında bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib və bu, bir neçə saat davam edib. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən Kiyevdə, eləcə də ətraf rayonlarda çox sayda partlayışlar olub.

Ukraynanın Baş naziri Denis Şmıqal bəzi regionlarda enerji infrastrukturuna ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, Ukraynanın 15 vilayətində partlayışlar qeydə alınıb.