Xəbərlər

Fransa Sosialist Partiyasının rəhbəri Makronla danışıqlardan imtina edib

Fransa Sosialist Partiyasının lideri Olivye For solçu koalisiyanın proqramını qəbul etməkdən imtina etdikdən sonra Fransa Prezidenti Emmanuel Makronun yeni hökumətin formalaşdırılması üçün təklif etdiyi növbəti məsləhətləşmələrdə iştirak etməyəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Mən demokratiyanın bu alçaqlığına qatılmaqdan imtina edirəm. O, bizə nə deyəcək? Bizdən sonsuz makronizm siyasətini dəstəkləməyi tələb edirlər. Mənim cavabım isə “yox”dur. Və biz makronizmin istənilən hərəkətinə qarşı çıxacağıq”, – For bildirib.