Xəbərlər

İngiltərə və Almaniya müdafiə sazişi imzalayacaqlar

“Böyük Britaniya və Almaniya genişləndirilmiş müdafiə əməkdaşlığına dair saziş üzrə danışıqları payızda başa çatdırmağa ümid edirlər”.

“Füyuzat”ın məlumatına görə, bu, Böyük Britaniyanın Baş naziri Key Starmerin bəyanatında qeyd olunub.

“Böyük Britaniya və Almaniya arasında yeni saziş Böyük Britaniyanın Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq. Bu saziş hazırda iki ölkə arasında müzakirə olunan və payızda yekunlaşması gözlənilən müdafiə sazişinə əsaslanacaq”, – bəyanatda bildirilib.