Xəbərlər

ABŞ İrandakı böhranı diplomatiya yolu ilə həll etmək istəyir

“İranın nüvə proqramı ilə bağlı böhranın həllinin ən uyğun yolu diplomatik yoldur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” Dövlət Departamentinə istinadən məlumat yayıb.

“Biz İranın nüvə proqramının effektiv və davamlı həllinə nail olmaq üçün diplomatiyanın ən yaxşı yol olduğuna inanırıq. Lakin İranın nüvə gərginliyi də daxil olmaqla, bütün cəbhələrdə eskalasiyasını və diplomatiyadan imtina etməsini nəzərə alsaq, indi bundan uzağıq”, – məlumatda qeyd edilib.