Xəbərlər

Çin ABŞ-dan Tayvan ilə hərbi sövdələşməni dayandırmağı tələb edib

Çin Xalq Respublikasının (ÇXR) Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini Çjan Yuxia ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşü zamanı Amerikanın Tayvanla hərbi sövdələşməsini dayandırmasını tələb edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin Xalq Azadlıq Ordusunun missiyası və vəzifəsi Tayvanın qondarma müstəqilliyinin tərəfdarlarına qətiyyətlə qarşı çıxmaqdır. Biz separatçı qüvvələrin təxribatlarına qarşı durmağa borcluyuq”, – Çjan Yuxia bildirib