Xəbərlər

Si Cinpin: Çin və ABŞ əməkdaşlıq etməlidir

“Pekin ümid edir ki, Çin və ABŞ bir-biri ilə münaqişə etməkdənsə, bütün dünyanın xeyrinə əməkdaşlıq etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə deyib.

“Qeyri-sabit, qarışıq beynəlxalq vəziyyət fonunda ölkələr parçalanmaq və bir-birinə qarşı durmaq əvəzinə birləşərək, birlikdə əməkdaşlıq etməlidirlər. Çin və ABŞ öz xalqları ilə dünya qarşısında məsuliyyət daşımalıdır, həmçinin onlar dünya sülhünün sabit mənbələrinə və ümumi inkişafın hərəkətverici qüvvəsinə çevrilməlidir”, – Cinpin bildirib.