Tailand Parlamenti Avropa İttifaqı (Aİ) və onun 27 üzv ölkəsi ilə Hərtərəfli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini təsdiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Saziş strateji tərəfdaşlıqları inkişaf etdirmək, dialoqu gücləndirmək, siyasət, ticarət, investisiya və sosial məsələlər kimi müxtəlif sektorlarda əməkdaşlığı daha da genişləndirmək məqsədini daşıyır”, – bəyanatda bildirilib.