Xəbərlər

Tramp: Harris qalib gələrsə, ABŞ-ı üçüncü dünya ölkəsinə çevirəcək

“ABŞ-ın vitse-prezidenti Kamala Harris seçkilərdə qalib gələrsə, ABŞ-ı üçüncü dünya ölkəsinə çevirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqanda tərəfdarları qarşısında çıxışında deyib.

“Ölkəmizin indi üzləşdiyi bütün fəlakətlərin səbəbi Harrisdir”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.