Xəbərlər

Tramp: Nüvə silahı bütün dünyanın və ABŞ-ın əsas problemidir

Keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp nüvə silahını ölkəsi və bütün dünya üçün əsas problem hesab edib.

“Füyuzat”ın məlumatına görə, bunu Tramp özü Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Mənim fikrimcə, ölkəmizdəki ən böyük problem, həmçinin dünyanın ən böyük problemi nüvə silahıdır. Bu silah çox güclü dağıdıcılıq qabiliyyətinə malikdir və biz ondan heç vaxt istifadə edilməməsinə əmin olmalıyıq”, – Tramp bildirib.