“Ukrayna F-16 təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqata başlayıb və bu işdə ABŞ da ona kömək edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk deyib.
“Heç kim heç nəyi gizlətmir. Bütün rəhbərliklərə dərhal fəlakətlə bağlı məlumat daxil olub. Sizi əmin edirəm ki, ətraflı təhlil və araşdırmalar aparılır”, – Oleşçuk bildirib.