“Ukrayna Polşanın razılığı olmadan Avropa İttifaqına üzv ola bilməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında deyib.
“Ukrayna və ukraynalılar, başa düşməlidirlər ki, Avropa İttifaqına (Aİ) daxil olmaq həm siyasi, həm də tarixi mədəniyyətə aid standartlar zonasına daxil olmaqdır və Ukrayna bu standartlara hörmət etməyənə qədər, onun bir hissəsi ola bilməyəcək”, – Tusk bildirib.