Xəbərlər

Havada tozun miqdarı normadan 1,5 dəfə yüksək olub

Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur.

“Füyuzat”ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2,5-3 dəfə çoxdur.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, – G.Abbasova vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,5 dəfə yüksək olduğu qeydə alınıb.