Xəbərlər

Rusiya Kiyevə raket zərbəsi endirib

Rusiya qoşunları bazar ertəsi səhər tezdən Ukraynanın paytaxtına raket zərbəsi endirib, iki nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

Kliçko qeyd edib ki, ruslar Kiyevə 20-dən çox qanadlı və ballistik raketlərdən, eləcə də PUA-dan istifadə edərək hücum ediblər.

Kiyev Hərbi Administrasiyasının məlumatına görə, hava hücumundan müdafiə sistemləri 10-dan çox qanadlı raketi, 10-a yaxın ballistik raketi və bir PUA-nı havada məhv edib.