“Sentyabrın 3-dən 27-dək Polşa sərhədinə yaxın yerləşən Brest vilayətinin Kamenets rayonunda ərazi qoşunlarının hərbi qulluqçuları ilə təlim məşğələləri keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirib ki, təlimin məqsədi ərazi qoşunlarının hərbi hissələrinin formalaşdırılmasında rayon icraiyyə komitəsinin məsul işçilərinin və hərbi xidmətə cəlb olunanların tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqlarının artırılmasıdır.