Xəbərlər

Pakistanda terror aktları kəskin şəkildə artıb

Pakistanda terror aktlarının sayı kəskin şəkildə artıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Dawn” qəzeti Pakistan Sülh Araşdırmaları İnstitutuna istinadən məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü ilin avqustunda terror aktlarının sayı 59 olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 fakt çoxdur.

Ekstremist qrupların hərəkətləri nəticəsində azı 84 nəfər həlak olub, 166 nəfər isə yaralanıb.