Xəbərlər

Monqolustan Rusiya ilə tərəfdaşlığın genişləndirilməsinin tərəfdarıdır

“Monqolustan özünün çoxvektorlu xarici siyasətinin bir hissəsi kimi Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafı və genişləndirilməsinin tərəfdarıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Ulan-Batorda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Monqolustan öz sülhsevər, müstəqil, açıq və çoxvektorlu xarici siyasəti çərçivəsində əbədi qonşusu olan Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafı və genişləndirilməsinin tərəfdarıdır”, – Monqolustan lideri bildirib.