Xəbərlər

BMT: Maduronun təyyarəsinin həbsi ABŞ və Venesuelanın daxili məsələsidir

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirməsi iki ölkə arasında daxili məsələdir.

“Füyuzat”ın məlumatına görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz baş verənlərdən xəbərdarıq, hazırda deyə bilərik ki, bu, Birləşmiş Ştatlar və Venesuela arasında ikitərəfli məsələdir”, – Dujarrik brifinqdə deyib.

Qeyd edək ki, sentyabrın 2-də ABŞ Dominikan Respublikasında Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb. Venesuela Xarici İşlər Nazirliyi bu addımı piratçılıq adlandırıb.