Xəbərlər

İsrail əsgərləri Qəzzada BMT-nin avtomobilini atəşə tutub

İsrail hərbçiləri Qəzza zolağında BMT-nin avtomobilini atəşə tutub.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Bundan əvvəl BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Ben Majekodunmi bildirib ki, UNRWA-nın Qəzzada bir çox işçisi ilə əlaqə kəsilib, agentlik əməkdaşlarından ölənlərin sayı 205 nəfəri keçib.

Qəzza zolağında münaqişə zamanı BMT personalının itkisi təşkilatın yarandığı 1945-ci ildən bəri ən böyük itki olub.