İrlandiyanın Baş naziri Saymon Harris Kiyevə səfər edib. Baş nazir Ukraynaya 36 milyon avroluq humanitar yardım paketi verəcəklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “RTE” telekanalı məlumat yayıb.
Yardım paketinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin, BMT-Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin və BMT-nin Uşaq Fondunun Ukraynadakı fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcəyi qeyd edilib.