Ermənistan hökuməti Bakı ilə sərhədin delimitasiyası üzrə komissiyalar haqqında əsasnamənin ratifikasiyasını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Müddəa həmçinin Ermənistanın dövlət sərhədinin beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi haqqında sazişin imzalanmasından sonra iki ölkə arasında prosedur məsələlərinin tənzimlənməsini nəzərdə tutur”, – bəyənatda bildirilib.